Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb - FOTO
30
apr
2024
12:12
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb.
Bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qadın şahmatçıların şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.
Qalib şahmatçının şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunublar.
Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüblər.
Oxşar xəbərlər
Bakıda şahmat üzrə Dünya Kubokunun açılış və püşkatma mərasimi keçirilib - FOTO
Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, Konqres Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qa...