"Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişib
30
apr
2024
11:42
Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında XXXIII turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişib.
BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da baş tutacaq.
Qeyd edək ki, oyun öncədən nəzərdə tutulduğu kimi mayın 4-də, saat 19:30-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib - YENİLƏNİB
Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb. Report-un məlumatına görə, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yolda...