Azərbaycanın U-17 millisi Belarusa uduzub
23
apr
2024
21:30
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.
"Report" xəbər verir ki, yığma “ABFF Technical Center”də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Turnirin bu gün keçirilən digər oyununda Özbəkistan milli komandası Tacikistan yığmasını 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, U-17 aprelin 25-də, saat 16:00-da Özbəkistan, aprelin 28-də, saat 13:00-da isə Tacikistan yığması ilə görüşəcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib - YENİLƏNİB-6
Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib. Yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Tofiq Bəhr...