"Neftçi"nin baş məşqçisi: Finalda qələbə qazanacağımıza inanırdıq
Qələbə qazanacağımıza inanırdıq.
Bunu "Report"a açıqlamasında "Neftç"nin basketbol komandasının baş məçqçisi Anar Sarıyev "Xəzri"yə 65:61 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.
Mütəxəssis matçın startının onlar üçün çətin keçdiyini söyləyib: "Rəqib hücumda daha yaxşı idi. Biz isə müdafiədə pis təsir bağışladıq.
Lakin özümüzü toparladıq və qələbə qazana bildik. İlk dəqiqələrdən bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm".
Anar Sarıyev "ağ-qaralar"ın avrokubokda iştirak etmək ehtimalına toxunub: "Klubun rəhbəri Sadıqov Sadıqov da bunu istəyir. Kuboku qazanmaq komandaya mənəvi cəhətdən çox faydalı olacaq. Oyunçularımız daha çox motivasiya topladılar".
Oxşar xəbərlər
Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib. “Report” xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, i...