SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Beşiktaş” klubunun səlahiyyətlisi Feyyaz Uçar komandasının məşqçi axtarışı ilə bağlı açıqlama verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, axtardıqları adla bağlı ipucları verən Uçar, "Beşiktaşın taktiki-texniki anlayışına uyğun, enerjili, dinamik və mübariz heyət üçün məşqçi axtaracağıq" deyib.

“Santosa bir daha təşəkkür edirik. Biz gəldiyi kimi alicənab formada ayrıldıq. Futbolçularımızın əllərindən gələni etməyə çalışması bizi sevindirdi. Bu qələbəni azarkeşlərimizə həsr edirik”.

“Bir həftə ərzində komandanı çox dəyişmək olmaz. Serdar Topraktepe yeni mövsümdə də texniki heyətin bir parçası olacağını bilir. Bəlkə birinci adam, bəlkə ikinci adam”, - deyə Feyyaz Uçar qeyd edib.

O, klubun yeni baş məçqçi axtarışları ilə bağlı bu fikirləri səsləndirib:

“Bir çox baş məşqçilərin adı çəkilib. Amma hələ rəsmi görüş olmayıb, amma danışıqlar mütləq başlayacaq”.

Xatırladaq ki, son günlər ölkə və Türkiyə mətbuatında yer alan xəbərlərdə “Beşiktaş”ın baş məşqçi postuna əsas namizəd kimi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun adı hallanır.

BAKU.WS