222 milyon avroluq çek – Neymar “PSG”də (FOTO)

05
avq
2017
15:30
ESPN telekanalının jurlanisti Gilyerme Aranqo özünün "Twitter” mikrobloqunda dünyanın hazırkı ana ən bahalı futbolçusu – braziliyalı Neymarın "Barselona”dan "PSG”yə keçidi üçün ödənilmiş çekin fotoşəklini paylaşıb.
BAKU.WS virtualaz-a istinadən xəbər verir ki, "Societe Generale” İsveçrə bankına məxsus çekdə 222 milyon avro məbləği görünür. Fransa klubu kataloniyalılara məhz bu qədər pul ödəyərək, Neymarın transferinə nail olub.
Futbolçunun daha öncə bildirdiyinə görə, onun "PSG”yə keçməsinə səbəb "rədd edilməsi qeyri-mümkün olan” təklif almasıdır.
BAKU.WS


Oxşar xəbərlər
Dünyanın ən bahalı transferi gerçəkləşdi - Neymar üçün 222 milyon avro (FOTO)
"Barselona”nın futbolçusu Neymarın PSJ-yə keçidi rəsmiləşib. BAKU.WS-in məlumatına görə, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. Müqaviləyə əsasən...