İkardiyə CƏZA verildi - Bu oyunu buraxacaq
26
fev
2024
14:10
Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsi "Qalatasaray"ın futbolçusu Mauro İkardi ilə bağlı qərarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, PFDK argentinalı ulduzu 1 oyunluq cəzalandırıb.
İkardi bu axşam keçiriləcək "Antalyaspor" matçında meydanda olmayacaq, həftə sonu oynanılacaq Beşiktaş derbisində oynaya biləcək.
TFF-dən verilən açıqlamada "Qalatasaray"ın futbolçusu Mauro İkardi Super Liqada MKE Ankaragücü ilə matçda rəqib komandanın azarkeşlərini təhqir etdiyi üçün idarə heyətinin 1 oyunluq cəza və 19 min 500 lirə cərimə kəsdiyi bildirilib.
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Avrokuboklarda mübarizəsini dayandırdı - YENİLƏNİB-6
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub. Bakıd...