"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki potensial rəqibləri

Qarabağın Avropa Liqasının 1/8 final mərhələsindəki potensial rəqibləri
İdman 4

Ağdamın "Qarabağ" futbol klubu Avropa Liqasında iki oyunun nəticəsinə görə, Portuqaliyanın "Braqa" klubunu məğlub edərək (4:2, 2:3) 1/8 finala yüksəlib.

BAKU.WS xəbər verir ki, Qurban Qurbanov bu yetirmələrinin bu mərhələdə öz qruplarının qalibi olmuş yeddi potensial rəqibi var.

Bunlar İngiltərənin "Liverpul", "Vest Hem" və "Brayton" klubu, Şotlandiyanın "Reyncers" klubu, İspaniyanın "Vilyareal" kollektivi, İtaliyanın "Atalanta" klubu və Çexiyanın "Slaviya" (Praqa) kollektivləridir.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması fevralın 23-də İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə 15:00-da baş tutacaq.

Son xəbərlər