"Qarabağ"ın ÇL-dəki potensial rəqibləri bəlli olub - YENİLƏNİB
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
"Köhlən atlar" ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda gerçəkləşəcək.
***11:26
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "köhlən atlar" II raundda Polşanın "Rakuv" komandasını keçəcəyi təqdirdə "Şerif" (Moldova) - «Makkabi» (Hayfa, İsrail), "Aris" (Kipr) - BATE (Belarus) cütlərinin qalibi və ya Yunanıstanın AEK komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək. Püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
*** 09:39
Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan) cütü İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində səpələnmişlər səbətində yer alacaq.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Daha sonra, Azərbaycan çempionunun UEFA Avropa Liqasındakı mümkün rəqiblərinin də adına aydınlıq gələcək. Ağdam təmsilçisi "Rakuv" səddini keçə bilməsə, yoluna digər turnirdə davam edəcək.
Bu püşkatma isə bir saat sonra start götürəcək. "Qarabağ" burada ÇL-in ikinci təsnifat mərhələsinin 9 cütünün məğlublarından biri ilə üz-üzə gələcək.
Çempionlar yolu
Səpələnmişlər
Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)
"Breydablik" (İslandiya) - «Kopenhagen» (Danimarka)
"Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə)
"Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)
"Molde" (Norveç) - HİK (Finlandiya)
Səpələnməmişlər
"Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)
"Şerif" (Moldova) - «Makkabi» (Hayfa, İsrail)
"Aris" (Kipr) - BATE (Belarus)
"Sparta" (Praqa, Çexiya)
AEK (Yunanıstan)
«Kİ Klaksvik» (Farer adaları) - «Heken» (İsveç)
Liqa yolu
Səpələnmişlər
"Reyncers" (Şotlandiya)
"Braqa" (Portuqaliya)
PSV (Niderland)
"Marsel" (Fransa)
Səpələnməmişlər
“Servett” (İsveçrə) - “Genk” (Belçika)
“Ştrum” (Avstriya)
“Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)
TSÇ (Serbiya).
Oxşar xəbərlər
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri azalıb
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu iyul...