SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün “Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək. Oyundan öncə Ağdam təmsilçisi azarkeşlərə müraciət edib.

Klubdan BAKU.WS-ə daxil olan məlumata görə, "Qarabağ" rəhbərliyi azarkeşlərin start fitindən 2 saat öncə stadiona gəlməsini istəyib:

"Tofiq Bəhramov adına Respublika stadionu yolunuzu gözləyir!

Əziz azarkeşlərimiz, stadionun giriş qapıları oyunun start fitindən 2 saat əvvəl açılacaq! Hər birinizdən stadiona 2 saat öncə gəlməyiniz və yerinizi tutmağınız xahiş olunur.

Biz birlikdə "Qarabağ"ıq!".

BAKU.WS