Taliska yenidən Türkiyədə oynaya bilər

Taliska yenidən Türkiyədə oynaya bilər
İdman 4

2016/17 mövsümündə "Beşiktaş"la Super Liqa çempionluğunu qazanan və hazırda karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Taliska yenidən Türkiyəyə qayıda bilər.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, “Əl-Nassr”la müqaviləsi 2026-cı ildə başa çatacaq Taliska “Beşiktaş”a dönmək niyyətindədir.

Məlumata görə, Hasan Aratın rəhbərlik etdiyi qartallar oyunçunun transferinə müsbət yanaşırlar. Taliska mövsümün sonunda Ərəbistandan ayrılacaq. Daha sonra “Beşiktaş” rəhbərliyi ilə danışıqlara başlayacaq.

Cari mövsümdə “Əl-Nəsr”in heyətində 23 rəsmi matçda iştirak edən 30 yaşlı ulduz 20 qol vurub, 4 məhsuldar ötürmə edib.

O, daha əvvək “Beşiktaş”la ümumilikdə 80 rəsmi oyuna çıxan braziliyalı ulduz bu matçlarda 37 qol vurub, 14 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər