"Beşiktaş"dan böyük hədəf - Taliska qayıdır

"Beşiktaş" qış transfer pəncərəsində heyətini Anderson Taliska ilə gücləndirmək niyyətindədir.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən də "Beşiktaş"ın prezidenti Hasan Arat Səudiyyə Ərəbistanına gedib.
Məlumata görə, "Əl-Nəsr" Taliskanın əvəzinə daha böyük ulduz gətirmək niyyətindədir. Bu fürsətdən istifadə etmək istəyən Hasan Arat da ərəb klubu ilə razılaşaraq braziliyalı futbolçunun transferini tamamlamaq istəyir.
İllər əvvəl oynadığı “Beşiktaş”a qayıtmaq istəyən Taliskanın maaş gözləntilərinin sponsorlar vasitəsilə qarşılanacağı gözlənilir.
Braziliyalı ulduz bu mövsüm 17 matçda 17 qol vurub, 2 məhsuldar ötürmə edib.
"Beşiktaş"ın əvvəlki prezidenti Ahmet Nur Çebi də Taliska üçün cəhd etsə də, "Əl-Nəsr"dan mənfi rəy alıb.
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Avrokuboklarda mübarizəsini dayandırdı - YENİLƏNİB-6
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub. Bakıd...
