SİZİN REKLAM BURADA!
055 213 76 73


Kataloniyanın "Barselona" klubunun polşalı hücumçusu Robert Levandovski klubun sabiq futbolçusu Tyeri Anrinin rekordunu yeniləyib.

BAKU.WS xəbər verir ki, İspaniya La Liqasının son turu çərçivəsində baş tutan "Selta" ilə qarşılaşmada fərqlənməklə Levandovski klub forması ilə 50-ci qoluna imza atıb. Bununla da polşalı futbolçu "Barselona"nın heyətində 49 qol vurmuş fransalı futbolçu Tyeri Anrini geridə qoyub.

Qeyd edək ki, İspaniya çempionatının 25-ci turu çərçivəsində "Balaidos" stadionunda baş tutan qarşılaşmada "Barselona" - "Selta"nı 2:1 hesabı ilə məğlub edib. Levandovski bu qarşılaşmada dubl edib. Polşalı forvard bu mövsüm bütün turnirlərdə 33 qarşılaşmada çıxış edərək 17 qola inmza atıb.

BAKU.WS