“Qarabağ”ın ötən mövsüm avrokuboklardan əldə etdiyi gəlir açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ"ın 2022/2023-cü illər mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub.
AZƏRTAC UEFA-nın hesabatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ümumilikdə 13 198 000 avro qazanıb.
Bu məbləğin 5 046 000 avrosu Çempionlar Liqasının təsnifat mərhələlərində, 7 844 000 avrosu Avropa Liqasının qrup mərhələsində, 308 000 avrosu isə Konfrans Liqasının pley-off mərhələsindəki çıxışına görə kluba ödənilib.
Buraya iştirak haqqı, performans bonusu, əmsala və pley-offa vəsiqəyə görə ödənilən vəsait, eləcə də reklam gəlirləri daxildir.
Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna penaltilər seriyasında uduzaraq avrokuboklarda mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında, həmçinin Seneqalın paytaxtı Dakarda t...