SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça" Migel Kresponu icarəyə verməklə bağlı məsələlərdə "Rayo Valyekano" ilə razılığa gəlib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İspaniya klubu portuqaliyalı futbolçunun bütün maaşını qarşılayacaq.

Futbolçu tibbi yoxlamadan keçmək üçün Madridə gedib.

Həmçinin "Rayo Valyekano"nun portuqaliyalını almaq imkanı da var.

Qeyd edək ki, Krespo bu mövsüm "Fənərbağça"nın heyətində 18 matçda forma geyinib.

Portuqaliyalı futbolçu bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS