Türkiyə Super Liqasına daha 2 ulduz futbolçu gəlir - FOTO

Türkiyənin “Fənərbağça” klubunun növbəti sezon üçün hədəfləri Rayan Kent və Mavididi oldu.
BAKU.WS xəbər verir ki, bu barədə Sabah nəşriməlumat yayıb.
Bildirilib ki, Şotlandiyanın “Reyncers” komandasında çıxış edən 26 yaşlı Rayan Kentin mövsüm sonu müqaviləsinin başa çatması “Fənərbaxça”nı hərəkətə keçməyə vadar edib.
Təcrübəli forvard bu mövsüm “Reyncers”in heyətində 29 oyunda 3 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bazar dəyəri 11 milyon avro olan Rayan Kent üçün danışıqlara başlayan “sarı-göylü” heyət futbolçunun transferində böyük irəliləyiş əldə edib. Futbolçunun yeni mövsümdə komandada olacağı gözlənilir.
Gündəmdə olan digər ad isə Stefi Mavidididir. “Montpellier”də çıxış edən ingilis futbolçu "Arsenal" yetirməsidir. 24 yaşlı futbolçunun müqaviləsi 2024-cü ildə başa çatır.
Cari mövsüm “Montpellier” komandasının heyətində 21 oyunda 4 qol və 1 məhsuldar ötürmə edən Mavididinin hazırkı bazar dəyəri 8 milyon avrodur.
Oyunçu üçün danışıqların başladığı qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Hansı baş məşqçi komandasını çempion edə biləcək? - "CimBom"
Dünən axşam "Beşiktaş"ın "Qalatasaray"ı məğlub etməsindən sonra Super Liqada çempionluq mübarizəsi daha da gərginləşib. BAKU.WS xəbər verir ki, hazırda 30 oyund...
