Krespo La Liqada! - Bütün maaşını ispanlar ödəyəcək
30
yan
2024
15:07
"Fənərbağça" Migel Kresponu icarəyə verməklə bağlı məsələlərdə "Rayo Valyekano" ilə razılığa gəlib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İspaniya klubu portuqaliyalı futbolçunun bütün maaşını qarşılayacaq.
Futbolçu tibbi yoxlamadan keçmək üçün Madridə gedib.
Həmçinin "Rayo Valyekano"nun portuqaliyalını almaq imkanı da var.
Qeyd edək ki, Krespo bu mövsüm "Fənərbağça"nın heyətində 18 matçda forma geyinib.
Portuqaliyalı futbolçu bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Bonuççi "Fənərbağça" üçün İstanbula gəlir
"Fənərbağça"nın "Union Berlin"də çıxış edən Leonardo Bonuççi ilə razılaşdığı və italiyalı müdafiəçinin bu gün İstanbula gələrək rəsmi müqavilə imzalayacağı bild...