David De Xea da Səudiyyə Ərəbistanı klubunun hədəfində

David De Xea da Səudiyyə Ərəbistanı klubunun hədəfində
İdman 7

"Mançester Yunayted" klubunun sabiq qapıçısı David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazır.

Məlumata görə, "Əl-Şabab" 33 yaşlı qolkiperlə maraqlanır.

Klubun ispaniyalı oyunçu ilə danışıq apardığı bildirilib.

Qeyd edək ki, 2011-ci ildən "qırmızı-şeytanlar"da çıxış edən David De Xea 2023-cü ilin iyulunda komandadan ayrılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər