Bu qapıçı "Mançester Yunayted"ə keçməkdən imtina etdi

Bu qapıçı Mançester Yunaytedə keçməkdən imtina etdi
İdman 95

Frankfurt "Ayntraxt"ının qapıçısı Kevin Trapp İngiltərənin "Mançester Yunayted" klubuna keçməkdən imtina edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 32 yaşlı alman qapıçı bu barədə qeyd edib: “Dünyanın top klubu olan “Mançester Yunayted”dən yazılı təklif aldım. Dünən hər iki klubun nümayəndələrinə “Ayntraxt”da qalmaq qərarına gəldiyimi bildirdim”.

Qapıçı 2018-ci ilin yayından indiki klubunda çıxış edir. Trapp “Ayntraxt”da 261 oyuna çıxıb və 385 qol buraxıb. O, komanda ilə birlikdə ötən mövsüm Avropa Liqasının qalibi olub.

"Mançester Yunayted" David de Xea və Tom Hitonla rəqabət apara biləcək qapıçı axtarır. Bunun üçün “qırmızı şeytanlar” “Nyukasl”ın və Slovakiya millisinin qapıçısı Martin Dubravkanın da namizədliyini düşünür.

Son xəbərlər