SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya Superkubokunun finalında "Barselona"ya qalibiyyətdən (4:1) sonra türkiyəli yarımmüdafiəçi Arda Gülərla bağlı danışıb. 

BAKU.WS "Madrid Zone"yə istinadən xəbər verir ki, italyan mütəxəssis Arda Güləri meydana buraxmasa da türkiyəlinin komandanın əsas futbolçusu olduğunu deyib: 

“Arda Gülər ​​əsas oyunçularımızdan biridir. Biz cəmi 11 futbolçu ilə oynamırıq. O, ciddi zədədən qayıdıb, tezliklə öz işini görməyə başlayacaq və daha çox oyun vaxtı əldə edəcək”.

Gülər ​​ötən yay 20 milyon avro qarşılığında "Fənərbağça"dan "Real Madrid"ə keçib. Türk futbolçu mövsümün ilk hissəsini diz və omba nahiyəsindən aldığı zədə səbəbindən buraxıb.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə, futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

BAKU.WS