SİZİN REKLAM BURADA!
055 213 76 73


Sərgən Yalçının yeni klubu müəyyənləşib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis Türkiyə Superliqa təmsilçisi "Antalyaspor"un baş məşqçisi təyin edilib.

Klubun vitse-prezidenti Alkan Evren açıqlamasında Sərgən Yalçınla bu mövsümün sonuna qədər anlaşdıqlarını deyib.

Evren rəsmi razılaşma üçün sabah Sergen Yalçınla İstanbulda görüşməyi və çərşənbə axşamı Antalyada imza mərasimi keçirməyi planlaşdırdıqlarını qeyd edib.

Qeyd edək ki, Yalçın son olaraq 2020-21 mövsümündə "Beşiktaş"ı çalışdırıb.

BAKU.WS