Balotelli Sərgən Yalçına elə bir söz dedi ki... - FOTO/VİDEO

Balotelli Sərgən Yalçına elə bir söz dedi ki... - FOTO/VİDEO
Video
İdman 274

"Adana Demirspor"un "Beşiktaş"la oyunda 3-0 geridə olmasına baxmayaraq hesabı bərəbarələşdirməyi bacaran klubun ulduz futbolçusu Mario Balotelli ilə İstalbul təmsilçinin baş məşqçisi Sərgən Yalçın arasında qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, italiyalı hücumçu qarşılaşmada fərqləndikdən sonra "Beşiktaş"ın ehtiyat oyunçular skamyasına baxaraq əlini başına tutaraq mesaj göndərib.

Bununla kifayətlənməyən Balotelli oyundan sonra "İnstagram" hesabında da sərt paylaşım edib.

Qeyd edək ki, Sərgən Yalçının baş məşqçi olmadığı dönəmdə proqramların birində şərh qismində Mario Balotelli barəsində "Beyni yoxdur" ifadəsini işlətdiyi bildirilir.

Son xəbərlər