“Beşiktaş”ı altı milyona çempion edən Sergen Yalçının “Neftçi”dəki maaşı bəlli oldu

Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən biri olan Sergen Yalçınla danışıq aparırlar.
BAKU.WS publika.az-a istinadən xəbər verir ki, artıq müzakirələrin böyük hissəsi yekunlaşıb. Tərəflər maddi məsələlərdə böyük ölçüdə razılığa gəliblər.
Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sergen Yalçının “Neftçi”dəki illik maaşı 1 milyon avro (25,8 milyon TL) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sergenin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.
Maraq üçün qeyd edək ki, 2021-ci ildə “Beşiktaş”la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 miylon TL olub.
Oxşar xəbərlər
Hansı baş məşqçi komandasını çempion edə biləcək? - "CimBom"
Dünən axşam "Beşiktaş"ın "Qalatasaray"ı məğlub etməsindən sonra Super Liqada çempionluq mübarizəsi daha da gərginləşib. BAKU.WS xəbər verir ki, hazırda 30 oyund...
