SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya mətbuatı "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə bağlı mühüm iddia yayıb.

BAKU.WS xəbər verir ki, İngiltərə Premyer Liqa nəhəngləri argentinalı ulduzun transfer etmək istəyir.

Məlumata görə, "sarı-qırmızılılar"ın transfer üçün böyük səy göstərdiyi və 3 illik müqaviləsi olan Mauro İkardi ilə vidalaşa bilər.

İspaniya mətbuatının yazdığına görə, Premyer Liqa nəhəngləri qol problemini həll etmək üçün İkardini heyətinə qatmaq istəyir.

"Mançester Yunayted" və "Tottenham Hotspur"un yanvarda Mauro İkardini transfer etmək istədiyi bildirilir.

Karyerasının zirvəsində olduğu deyilən argentinalının yanvarda hazırki klubdan ayrıla biləcəyi vurğulanıb.

Qeyd edək ki, Mauro mövsüm "Qalatasaray"ın heyətində 27 matçda meydana çıxıb.

Argentinalı mərkəz hücumçusu 17 qol və 6 məhsuldar ötürmə ilə 23 qola töhfə verib.

İstanbul təmsilçisi ilə 3 illik müqaviləsi olan təcrübəli hücumçunun adı mövsüm ərzində "Real Madrid", "Yuventus" və "Mançester Yunayted"lə çəkilirdi.

BAKU.WS