SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Premyer Liqasında 2023-cü ildə 469 qol vurulub.

BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2022/2023 mövsümünün ikinci, 2023/2024 mövsümünün ilk yarısında ümumilikdə 180 oyun keçirilib.

Bu müddətdə 11 komanda Premyer Liqada mübarizə aparıb. “Şamaxı” ötən, “Araz-Naxçıvan” cari çempionatda 18 görüşə çıxıb. Digər komandalar 36 qarşılaşmada iştirak ediblər.

İlin ən yaxşı komandası “Qarabağ”dır. Ötən mövsümün çempionu və cari çempionatın lideri il ərzində hamıdan çox – 25 qələbə qazanıb, hamıdan çox – 88 qol vurub və 81 xalla ən yaxın izləyicisini 21 xal qabaqlayıb.

“Sabah” il ərzində topladığı 60 xalla ikincidir. “Neftçi” isə üçüncü sırada qərarlaşıb.

1

Qarabağ

36

25

6

5

88-31

81

2

Sabah

36

18

6

12

60-33

60

3

Neftçi

36

16

10

10

49-36

58

4

Zirə

36

13

12

11

38-32

51

5

Sumqayıt

36

13

7

16

35-63

46

6

Səbail

36

12

9

15

45-59

45

7

Turan Tovuz

36

12

8

16

54-55

44

8

Qəbələ

36

10

9

17

39-61

39

9

Kəpəz

36

7

12

17

29-56

33

10

Araz-Naxçıvan

18

7

5

6

20-19

26

11

Şamaxı

18

2

6

10

12-24

12

BAKU.WS