Səudiyyədə çıxış edən Merihdən sərt sözlər: "Allah bəlanızı versin" - FOTO
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən Merih Demiral təxirə salınan Superkubok matçı ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Futbolçu ona ünvanlanan tənqidlərə sərt reaksiya verib və günahı Türkiyə Futbol Federasiyasında (TFF) görüb.
"Hadisələr baş verən zaman "Əl Khaleej"ə qarşı meydanda çıxış edirdim. Bu olaya görə mənə zərər verməyə çalışdıqları üçün təəssüflənirəm. Təşkilatçılığı edə bilməyəm TFF rəsmiləridir. Mən deyiləm".
Türkiyə yığmasının üzvü həmçinin bunları da yazıb: "Mənim eyni vaxtda matçda olduğumu bilirsiniz, amma bu şouları qarşılıqlı əlaqə üçün edirsiniz. Allah bəlanızı versin".
Oxşar xəbərlər
Ərəbistanda keçirilən Türkiyə derbisində İstiqlal marşı səslənəcək - TFF açıqlama yaydı - YENİLƏNİB
Bu gün Səudiyyə Ərəbistanında keçiriləcək Türkiyə Super Kubokunun final matçı İstiqlal marşının səsləndikdən sonra start götürəcək. Bu barədə Türkiyə Futbol Fed...