Ərəbistanda keçirilən Türkiyə derbisində İstiqlal marşı səslənəcək - TFF açıqlama yaydı - YENİLƏNİB
Bu gün Səudiyyə Ərəbistanında keçiriləcək Türkiyə Super Kubokunun final matçı İstiqlal marşının səsləndikdən sonra start götürəcək.
Bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb.
TFF insanlara bu mövzuda yayılan dezinformasiyalara inanmamağa çağırıb.
***16:37
Bu gün Səudiyyə Ərəbistanında keçiriləcək "Fənərbağça" - "Qalatasaray" Superkubok finalı öncəsi böhran yaşanıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça"nın prezidenti Ali Koç səlahiyyətli şəxslərin stadionda Atatürk pankartına icazə vermədiyini bildirib.
Belə ki, Səudiyyə rəsmilərinin “Atatürk posteri”, “Yurtda Sülh, Cahanda Sülh pankartı”, “Atatürk köynəyi” və “İstiqlal Marşı”na icazə vermədiyi iddia edilib.
"Qalatasaray"ın baş katibi Eray Yazqan isə bildirib ki, "İstiqlal Himnimiz oxunmasa matça çıxmayacağıq!".
Qeyd edək ki, “Qalatasaray” və “Fənərbağça” bu axşam Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyə Superkubokunu öz muzeyinə aparmaq üçün üz-üzə gələcək. Bakı vaxtı ilə saat 21.45-də başlayacaq matçı Abdulkadir Bitigen idarə edəcək.
Oxşar xəbərlər
“Qarabağ” Xankəndidə keçirilən tarixi oyunda Nəriman Axundzadənin qolu ilə MOİK-i məğlub etdi - YENİLƏNİB/VİDEO
"Qarabağ" matça əlavə olunmuş 5-ci dəqiqədə Nəriman Axundzadə ilə qol vuraraq Azərbaycan Kubokunda MOİK-i 1:0 məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb...