SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqasının 18-ci həftəsində baş tutan "Fənərbaxça" - "Qalatasaray" derbisində Mauro İkardinin üzündən zədələnməsi gündəmdən düşmür.

BAKU.WS xəbər verir ki, “CimBom” rəhbərliyi İkardinin zədə aldığı hadisəyə kart və penalti verilmədiyi üçün VAR hakimlərini Türkiyə Futbol Federasiyasına (TFF) şikayət edib.

Məlumata görə, Mauro İkardi derbi matçında üzünə zərbə endirilməsindən və gözünün altında göyərmənin olmasından sonra çox əsəbiləşib.

Bu barədə sosial şəbəkə hesabında paylaşım etməyə hazırlaşan İkardi klub rəsmiləri tərəfindən cəzalandırılmaqdan ehtiyat edir.

Bildirilib ki, çəkilən foto selfi olduğundan, sol altdakı qançırlar sağ gözün altındaymış kimi görünür. Daha sonra çəkilən fotolarda futbolçunun sol gözünün aşağı nahiyəsində qançır olduğu və bunun ilk hissədə Aleksandr Djikunun zərbəsi nəticəsində baş verdiyi iddia edilir.

“Qalatasaray”ın rəsmi səhifəsindən ötən axşam edilən paylaşımda argentinalı ulduzun gözünün qapı dirəyinə dəydiyi üçün göyərdiyi iddiasına beləcə aydınlıq gətirilib. Bildirilib ki, hadisə yumruq zərbəsindən baş verib, dirəklə heç bir əlaqəsi olmayıb.

Qeyd edək ki, İstanbul nəhəngləri arasında baş tutan derbi 45 qayda pozuntusu ilə yadda qalıb.  Beləliklə matç mövsümün ən çox faul edilən oyunu olub. Qarşılaşma 0-0 hesablı bərabərliklə yekunlaşıb.

BAKU.WS