SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" matça əlavə olunmuş 5-ci dəqiqədə Nəriman Axundzadə ilə qol vuraraq Azərbaycan Kubokunda MOİK-i 1:0 məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.  

***14.50

"Qarabağ"-MOİK oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. 

**14.01“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

***13:53

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi stadionunda çıxış edir.

Dövlət başçısı çıxışından sonra stadiondan "Qarabağ" - MOİK oyununu izləyəcək.

***13.46

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında baş tutacaq oyunu izləmək üçün Xankəndi şəhər stadioununa gəliblər.

Həmin çıxışı təqdim edirik:

***13.44

Azərbaycan Kubokunun 1/8 final mərhələsində üz-üzə gələn “Qarabağ” və MOİK klublarının futbolçuları meydana daxil olublar.

Futbolçuları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin övladları müşayiət edir.

***13:33

Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - MOİK matçını idarə edəcək hakimlərlə bağlı maraqlı məlumatlar var.

Qol.az-ın əldə etdiyi xəbərə görə, AFFA və Peşəkar Futbol Liqası təyinatlar zamanı müəyyən həssas məqamları nəzərə alıb.

Belə ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanın referisi Əli Əliyev 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından olub. Bundan başqa, matçın dördüncü hakimi Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov da İkinci Qarabağ müharibəsinin veteranlarındandır.

Matçın hakim-inspektoru Munis Abdulayev isə bir vaxtlar Xankəndinin “Qarabağ” komandasında oynayıb. O, daha sonra Azərbaycan çempionatlarında hakimlik edib. Hazırda isə M.Abdullayev hakim-inspektor kimi fəaliyyət göstərir.

***12:53

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün üz-üzə gələcək “Qarabağ” və MOİK klublarının start heyətləri açıqlanıb.

Komandalar Xankəndi şəhər stadionunda oynanılacaq matçda meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

MOİK: 1. Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3. Nicat Əskərov, 20. Nurlan Bayramov, 4. Ülvi İbazadə, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 11. Elvin Vəliyev, 77. Elmir Rəhimzadə, 17. Sabir Allahquliyev

Baş məşqçi: Qəzənfər Abbasov

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.

***12:02

Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” - MOİK oyunu start götürəcək. 

Xankəndi şəhər stadionunda baş tutan qarşılaşmanı Əli Əliyevidarə edəcək. 

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” - MOİK oyununun keçiriləcəyi Xankəndi stadionu tarixi matça hazırlanır.

Baku TV-nin əməkdaşları stadiondakı son durumu canlı yayımla çatdırırlar:

BAKU.WS
VİDEO

VİDEO