SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı klublarından biri Mohamed Salahı heyətinə qatmaq niyyətindədir.

BAKU.WS xəbər verir ki, bu barədə İngiltərənin ən çox tirajlı qəzetlərindən olan “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, Ərəbistan klubu mövsümün sonunda "Liverpul"un super ulduzuna illik 200 milyon avro qazanc vədi ilə transfer təklif edəcək.

Qeyd edək ki, 2017-ci ildə 42 milyon avroya "Roma"dan "Liverpul"a transfer olunan 31 yaşlı futbolçu bu mövsüm 23 matçda 14 qol vurub, 8 məhsuldar ötürmə edib.

BAKU.WS