Salaha qarşı hərəkətinə görə təhqir olunan Ramos: "Günahkar deyiləm" (VİDEO)
27
may
2018
11:27
Çempionlar Liqasının finalında Serxio Ramos və Muhammed Salah arasında baş verənlər böyük səs-küyə səbəb olub. BAKU.WS-in məlumatına görə, "Real Madrid" və "Liverpul" arasında baş tutan qarşılaşmanın 28-ci dəqiqəsində Ramos kobud şəkildə qaydanı pozub və Salahı zədələyib. Salah isə komandasına kömək edə bilməyib və göz yaşları ilə oyunu tərk edib. Salaha qarşı kobud oyunu ilə bir anda hər kəsin tənqidinə məruz qalan Ramos özünü müdafiə edib. O, günahkar olmadığını vurğulayıb: "Salahın vəziyyəti məni məyus etdi. Amma mən bu hadisəyə görə günahkar deyiləm". Qeyd edək ki, sosial şəbəkələrdə istifadəçilər Ramosun Salahı bilərəkdən zədələdiyini iddia edir. İspan futbolçuya bu hərəkətinə görə təhqir və tənqidlər yazılır. AbbasBAKU.WS
Oxşar xəbərlər
“Salah dünyanın ən yaxşılarındandır”
Misir yığmasının baş məşqçisi Ektor Kuper "Liverpul”un yarımmüdafiəçisi, ulduz futbolçu Məhəmməd Salah barədə fikrini bölüşüb.BAKU.WS saytının verdiyi məlumata...