“Salah dünyanın ən yaxşılarındandır”

“Salah dünyanın ən yaxşılarındandır”
İdman 1293
Misir yığmasının baş məşqçisi Ektor Kuper "Liverpul”un yarımmüdafiəçisi, ulduz futbolçu Məhəmməd Salah barədə fikrini bölüşüb.BAKU.WS saytının verdiyi məlumata görə, Ektor Kuper "SportsMole” nəşrinə müsahibəsində misirli futbolçu haqda xoş sözlər deyib:"Şübhəsiz ki, Salah hazırda dünyanın ən yaxşı futbolçularından biridir. Ancaq yaxşı futbolçunun arxasında yaxşı komanda olmalıdır. Bilmirəm Misir yığmasını belə komanda hesab etmək olar ya yox. Ancaq Salahın köməyi ilə buna layiq olmağa çalışırıq”.Nihat HÜSEYNZADƏBAKU.WS

Son xəbərlər