Şehiç "Qarabağ"dan gedir? “Məni qane edən təklif olsa, düşünərəm”
17
yan
2018
22:43
“Klubun məsul şəxsləri və baş məşqçimizlə söhbət etdim. Onlar mənim yığma ilə təlim-məşq toplanışında iştirakıma icazə verdilər. Ancaq komandaya yanvarın 21-də yox, 4 gün sonra qoşulacam.BAKU.WS-in məlumatına görə, bunu, “Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılması haqda məlumatları şərh edərkən bildirib. O, yığmanın yeni baş məşqçisi Robert Prosineçkinin təyinatı barədə də danışıb:"Prosineçki yaxşı məşqçidir. Futbolçu kimi Balkanlarda əfsanə olub. Sərtliyi və hər şeyin nəzarətində olmasını sevir. Onu Azərbaycan millisinin baş məşqçisi olduğu müddətdə tanımışam. O, “Qarabağ”ın bütün oyunlarını izləyirdi. Buna görə də mənim də qapıçı keyfiyyətlərimə bələddir. Şadam ki, ABŞ və Meksika ilə yoxlama matçlarında yerli çempionatda çıxış edənlər çoxluq təşkil edəcək. Bu qarşılaşmalarda əsas motivasiyadır. Oyunlara yaxşı köklənib, qələbə istəyi ilə meydana çıxsaq, nəticəmiz yaxşı olacaq”.29 yaşlı Şehiç “Qarabağ”dakı çıxışına da toxunub:“Bu nəticəni əldə etmək üçün çox güc sərf etdik. Çempionlar Liqasının qrup mərhələsində 6 oyun keçirdik. Ancaq bununla kifayətlənmək istəmirik. Yenidən çempionluq titulunu qazanmağa hazırlaşırıq. Çempionlar Liqasında yeni şounu səbirsizliklə gözləyirik. Mən komandamın qapısını yaxşı qorumuşam. Hazırda “Qarabağ”dan başqa yerə getmək fikrim yoxdur. Lakin təkcə məni deyil, klubu da qane edən təklif olsa, düşünərəm. Bu da yalnız yayda baş verə bilər. Bu insanlar mənə çox şey verib və istəyirəm ki, onlara bunun qarşılığını qaytarım”.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ın bütün rəqibləri məlum oldu
"Qarabağ" Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.BAKU.WS futbolpress.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin...