Norveç millisinin baş məşqçisi “Qarabağ”ın yeni transferindən danışdı

Norveç millisinin baş məşqçisi “Qarabağ”ın yeni transferindən danışdı
İdman 2702
Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek yerli futbolçu Tarik Elyunussinin “Qarabağ”a keçidini dəyərləndirib.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, isveçli mütəxəssis bu keçidin Azərbaycan klubuna faydalı olacağını bildirib.“Tarik Yunanıstanda pis oynamırdı. İndi isə Çempionlar Liqasında çıxış edən komandaya keçib. Hücumda yaxşı təsir bağışlayır. Komandaya kömək edir. İnanıram ki, “Qarabağ”a faydalı olacaq” deyə Lagerbek vurğulayıb.Qeyd edək ki, Tarik Elyunussini “Qarabağ” Yunanıstan “Olimpiakos”undan bir illik icarəyə götürüb.BAKU.WS

Son xəbərlər