SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşacaq. 

BAKU.WS xəbər verir ki, rəqib komandanın dəyəri Transferarkt portalına görə 126.20 milyon avrodur. 

"Braqa"nın baş məşqçisi portuqaliyalı 51 yaşlı mütəxəssis, keçmiş hücumçu Artur Jorgedir.

Komandanın 8 oyunçusu Portuqaliya millisində oynayır.

Klubun ən bahalı futbolçusu 20 milyon avro dəyərində olan Ricardo Hortadır. O, "Braqa" ilə yanaşı Portuqaliya millisində sağ cinah müdafiəçisi kimi çıxış edir. "Braqa"nın ən məhsuldar futbolçusu Konqo əsilli fransız futbolçu Simon Banzadır. O, bu mövsüm Braqa təmsilçisinin heyətində 13 qol vuraraq 3 də məhsuldar ötürmə verib. Kapitan Rikardo Horta rəqib qapılarından 7 qol keçirib. O, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Stadionu isə 30.286 azarkeş tutumuna malik "Estádio Municipal de Braga"dur. "Braqa" son olaraq Portuqaliya çempionatının 17-ci turu çərçivəsində evində lider "Benfika"ya qarşı keçirdiyi oyunda 0:1 hesabı ilə uduzub. 

BAKU.WS