SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir qarşılaşmadan ibarət raundun bir görüşü “AzPFL” yutub kanalında, digər matçlar isə “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

18 dekabr (bazar ertəsi)

14:00. "Kəpəz" - "Sabah"
Tovuz şəhər stadionu (“CBC Sport” / canlı)

17:00. "Sumqayıt" - "Karvan"
"Kapital Bank Arena" (“AzPFL” / canlı)

19 dekabr (çərşənbə axşamı)

13:00. "İrəvan" - "Araz-Naxçıvan"
"ASK Arena", (“CBC Sport” / canlı)

16:00. "İmişli" - "Qəbələ"
Qəbələ şəhər stadionu, (“CBC Sport” / canlı)

20 dekabr (çərşənbə)

14:00. "Səbail" - "Şamaxı"
"ASCO Arena", (“CBC Sport” / canlı)

17:00. "Zirə" - "Turan Tovuz"
Zirə İdman Kompleksinin stadionu, (“CBC Sport” / canlı)

21 dekabr (cümə axşamı)

14:00. “Qarabağ” – MOİK (“CBC Sport” / canlı)

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
"Neftçi Arena" (“CBC Sport” / canlı)

Qeyd edək ki, “İmişli” – “Qəbələ” oyununun keçiriləcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı Əsasnamə proseduruna uyğun olaraq “İmişli” klubuna məlumat verilib və yekunda matçın Qəbələ şəhər stadionunda oynanılması qərara alınıb.

BAKU.WS