SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın PSJ və İspaniyanın "Real Madrid" klubu hücumçu Kilian Mbappenin transferi ilə bağlı razılığa gəlib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Sport.fr"nin məlumatında deyilir.

PSJ Mbappe üçün pul təzminatı və bonus alacaq.

Məlumata görə, hücumçu Madrid "Real"ında illik 35 milyon avro maaş alacaq.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-nin formasını geyinir.

Onun komanda ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

Xatırladaq ki, Fransa millisinin üzvünün Madrid klubuna keçidi bir neçə ildir ki, müzakirə olunur.

BAKU.WS