SİZİN REKLAM BURADA!
055 213 76 73


Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinin ikinci oyununda məğlub olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, komanda Estoniyaya müqavimət göstərə bilməyib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma estonların 1:4 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız ilk matçında da Şotlandiyaya 0:5 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinin son görüşündə bu gün Slovakiya ilə qarşılaşacaq.

BAKU.WS