SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.

Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 11:30-da, döyüşlər saat 12:00-da başlanacaq.

Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı, supervayzeri Aleksandr Həmidov (Özbəkistan) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Yaşar Çinar (Türkiyə), Sid Ali Mokretari (Əlcəzair), Akmalcon Abdulayevlə (Tacikistan) və Bekcon Yusupov (Özbəkistan) İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Türkiyəli və əlcəzairli ədalət təmsilçilərinin, həmçinin, dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.

BAKU.WS