Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar

02
dek
2023
17:45
Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıblar.Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb, nazir qaliblərə medalları təqdim edib - YENİLƏNİB
Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında ke...
