SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli vəkil Kərim Bahadır Şeker Çempionlar Liqasında “Qalatasaray"a rəqib olan "Mançester Yunayted"in qapıçısı Andre Onanaya qarşı cinayət işi açıb.

BAKU.WS Türkiyə KİV-ə iatinadən xəbər verir ki, Onananı fırıldaqçılıqda günahlandıran Şekerin başına gələnlər film kimidir.

Çağlayanda İstanbul Ədliyyə Sarayı qarşısında açıqlama verən vəkil Kərim Bahadır Şeker bunları deyib:

“Bu məhkəmə çərçivəsində 5 nəfər haqqında cinayət işi açırıq. Onkar Sedrik Leandre Tchoumbe Fankam, Dany Nounkeu, Christian Sylvain Onanina Nkama, Andre Onana Onana və Fankamın anasıdır”.

“Hadisənin başlanğıcında yəni 2020-ci ildə, Sedrik Leandre Tchoumbe Fankam burada oğurluq edir. O, Portuqaliyanın “Faranse” komandasında oynayarkən telefon oğurluğu hadisəsi törədib.

İş polisə qədər gedib çatır. Onu Maltəpə həbsxanasına göndərir. Bizim ünsiyyətimiz məhz buradan başlayır. Bizimlə "Qalatasaray"ın keçmiş futbolçusu Dany Nounkeu və Fankamın anası əlaqə saxlayır. Onlar bu məhkumu necə xilas edə biləcəyini soruşurlar.

Biz də onu xilas etməyin yolları var deyərək razılığa gəlirik. Bu razılaşmadan sonra Dany Nounkeu ilə Floryadakı ticarət mərkəzində görüşdük.

Dany Nounkeunun telefonundan “Mançester Yunayted”in qapıçısı Andre Onana ilə videozəngimiz var. Burada razılaşdığımız rəqəm 10 min dollara yaxındır. Öz ölkəmizdə türk vətəndaşı və türk vəkili olaraq əcnəbilər tərəfindən aldadılıram. Bu, olduqca acınacaqlı haldır".

“Biz bu proses çərçivəsində araşdırma aparılmasını, Andre Onana və digər şübhəlilərin ifadə verməyini barələrində cinayət işi açıldıqdan sonra mühakimə olunmaqlarını istəyirik. Bu, bizim istəyimizdir. Andre Onananın noyabrın 18-də Kamerun millisində oynadığı oyun var.

Noyabrın 14-də Fankamla danışdıq. Bir aydan çox vaxt keçdi. Hələ də ödənişimizi etməyib. Əgər bu, davam edərsə, Andre Onana noyabrın 29-da keçiriləcək "Qalatasaray" - "Mançester Yunayted" matçında oynamağa gələndə oynaya bilməyəcək. Onun saxlanılıb həbsə göndərilməsi üçün əlimizdən gələni edəcəyik. “Andre Onana, sən mənə söz verdin.

Bu sözə əməl etməlisən. Verdiyin bu vəd sayəsində “Mançester Yunayted”də oynayırsan, dünya ulduzusan, futbolçusan. Bütün bunlar çərçivəsində siz öz şərəf və sədaqətinizlə bu vədə əməl etməlisiniz.

BAKU.WS