Cəmi bir günə yuxusuzluqdan qurtaran pəhriz

Cəmi bir günə yuxusuzluqdan qurtaran pəhriz
Digər 99

Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, cəmi bir gün sağlam qidalanma yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Yeni araşdırmaya əsasən, gündə ən azı beş porsiya meyvə və tərəvəz yeyən insanlar daha tez yuxuya gedir və gecə daha az oyanırlar.

Eksperimentdə orta yaşı 28 olan 34 sağlam insan iştirak edib. Onlar bir neçə gün ərzində xüsusi tətbiq vasitəsilə gündəlik qidalanmalarını qeyd ediblər, yuxuları isə treker cihazları ilə izlənilib.

Alimlər yuxunun parçalanmasını – gecə oyanmalarının və yuxu fazaları arasında keçidlərin tezliyini qiymətləndiriblər.

Məlum olub ki, gündə beş və ya daha çox porsiya meyvə-tərəvəz yeyənlərin yuxusunun keyfiyyəti 16% yaxşılaşıb. Bütöv taxıl məhsulları da daha dərin yuxuya səbəb olub, qırmızı və emal olunmuş ətlər isə əksinə, yuxunu pisləşdirib.

Alimlər bu təsiri bağırsaq mikrobiomuna təsir edən liflərlə əlaqələndirirlər. Bitki lifləri ilə qidalanan faydalı bakteriyalar yuxunu tənzimləyən serotonin və melatonin hormonlarının ifrazını stimullaşdırır.

"Bu qədər ciddi dəyişikliklərin cəmi 24 saatdan az müddətdə müşahidə olunması heyrətamizdir", – deyə Çikaqo Universitetinin yuxu tibbi üzrə eksperti və tədqiqatın həmmüəllifi doktor Esra Tasali bildirib.

Oxşar xəbərlər

Son xəbərlər