Azərbaycanlı musiqiçi Məhərrəm ayına görə bütün borcları sildi
Klarnetçi Hüseyn Məhəmmədoğlu yeni addımı ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə paylaşım edərək ona borcu olan hər kəsin bocunu sildiyini deyib.
Musiqiçi bunu hazırda Məhərrəm ayı olduğu üçün edib.
"Mənə borcu olan yaxınlarım və musiqiçilər... Mənə olan borclarınızı Allaha və Məhərrəm ayına xatir bağışlayıram. Allah köməyiniz olsun! Ancaq bir də borc istəməyin!" -deyə Hüseyn bildirib.
Xatırladaq ki, iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb. Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Məhərrəm ayı iyulun 25-də başa çatacaq.
Oxşar xəbərlər
5 ədəd pomidora 450 lirə ödəyən Halil Ergün şikayətləndi
Məşhur aktyor Halil Ergün bahalıqdan və pensiyasının azlığından şikayətlənib. BAKU.WS xəbər verir ki, marketdən bazarlıq edən aktyor 5 ədəd pomidora 450 lirə (...