"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasında yer aldığı səbət müəyyənləşib

Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimindən öncə yer aldığı səbət müəyyənləşib.
Bu barədə "Report"a Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ölkəmizi bu yarışda təmsil edəcək "Araz-Naxçıvan" 5-ci səbətdə yer alacaq. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda mübarizəyə ilkin mərhələdən başlayacaq.
Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo və Serbiya, Azərbaycan və Ermənistan, Belarus və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
Səbət 1: Ev sahibləri
Buba Mara (Bosniya və Herseqovina), qrupunda 1-ci
Forka (Şimali Makedoniya), qrupunda 2-ci
AEK (Yunanıstan), qrupunda 2-ci
Boraş AİK (İsveç), qrupunda 2-ci
Ljuti Krajişniç (Avstriya), qrupunda 2-ci
Levski Sofiya (Bolqarıstan), qrupunda 3-cü
Klik Kişinyov (Moldova), qrupunda 3-cü
Vllazniya (Albaniya), qrupunda 3-cü
Səbət 2: qrupunda 4-cü (reytinq 48-55)
Bolton (İngiltərə)
Murata (San Marino)
Kardiff (Uels)
Sparta Belfast (Şimali İrlandiya)
İsbjörninn (İslandiya)
Avropa (Cəbəllütariq)
Makkabi Netanya (İsrail)
Vangölü (Türkiyə)
Səbət 3: qrupunda 3-cü (reytinq 40-47)
Tallin (Estoniya)
CİU (Gürcüstan)
PYF Saltires (Şotlandiya)
Sjarmtrollan (Norveç)
Enkamp (Andorra)
Səbət 4: qrupunda 2-ci (32-39)
AEL Limassol (Kipr)
Blue Magic (İrlandiya)
Bajo Pivljanin (Monteneqro)
Veilimdorf (Almaniya)
Səbət 5: qrupunda 1-ci (24-31)
Vrhnika (Sloveniya)
ARAZ-NAXÇIVAN (AZƏRBAYCAN)
Tigers Roermond (Niderland)
Yerevan (Ermənistan)
Viten Orşa (Belarus)
Veszprem (Macarıstan)
Hjorring (Danimarka)
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında finala yüksəlib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...
