Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında finala yüksəlib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ilk yarış günündə Turan Daşdəmirov (55 kq) gürcüstanlı Koba Karumidzeyə (4:4), ermənistanlı Levon Qazaryana (1:1) və ukraynalı Nazari Babinskiyə (3:1) qalib gələrək finala yüksəlib.
O, finalda rusiyalı İvan Solominlə qarşılaşacaq.
Tural Əhmədov (63 kq) italiyalı Emanuele Pollinoya (8:0), bolqarıstanlı Kristiyan Milenkova (4:0), macarıstanlı Bende Olaşa (3:1) və yunanıstanlı Marios Kapantaisə (11:1) qalib gələrək adını finala yazdırıb. Tural həlledici görüşdə rusiyalı İqor Punçenko ilə güləşəcək.
Davud Məmmədov (77 kq) moldovalı Konstantin Taskaya (11:0), türkiyəli Yusuf Tosuna (3:3) və ermənistanlı Samvel Terteryana (4:1) qalib gələrək finala vəsiqə qazanıb. Davud gürcüstanlı Anri Putkaradzeylə qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, finallar sabah keçiriləcək.
Oxşar xəbərlər
FIFA referisi Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat alıb
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keç...