Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ
Foto
Şou-biznes 10331

Şou-biznes nümayəndələri ifa etdikləri mahnıları və təqdim etdikləri layihələri qədər şəxsi həyatları, maşınları və mülkləri ilə də gündəmdədirlər. Onlar gəlirlərinin böyük hissəsini bahalı avtomobillərə və lüks villalara yatırırlar. Hazırda bir çox məşhurun bu cür lüks malikanələri var və bu mülklər əsasən Bakı ətrafı ərazilərdə yerləşir. Onlar təmiz hava və şəhər mühitindəki səs-küydən uzaqlaşmaq üçün məhs belə yerlərdə özlərinə bağ evləri seçiblər.

Bu dəfə BAKU.WS oxuculara şou əhlinin bir-birindən bahalı və dəbdəbəli bağ evlərini təqdim edir:

Xalq artisti Mələkxanım Eyyubova

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli malikanəsi olan məşhurlardan biridir. Onun yeni villası ilk dəfə "Evdəkilərə salam" verilişində nümayiş olunub. Mülk Abşeron rayonu Masazır qəsəbəsində yerləşir. Eyyubova bloger qızı Nəzrini elə bu villadan gəlin köçürüb. Malikanə yay mövsümü üçün əla istirahət məkanıdır. Həyətində böyük terrası və hovuzu var.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Əməkdar artist Ədalət Şükürov

Əməkdar artist Ədalət Şükürov da dəbdəbəli bağı olan tanınmışlar siyahısındadır. Onun yeni bağı Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşir. İfaçı açıqlamalarının birində bağının bütün dizaynının özünə aid olduğunu deyib. Ədalət Şükürovun Saray qəsəbəsində də villası var idi. İfaçı həmin evi aparıcı Xoşqədəm Hidayətqızına satıb.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Meyxanaçı Namiq Qaraçuxurlu

Meyxanaçı Namiq Qaraçuxurlu tez-tez lüks villasının görüntülərini sosial şəbəkə izləyiciləri ilə bölüşür. Onun malikanəsinin səliqəsi və gözəlliyi izləyicilər tərəfindən bəyənilib. Sənətçi müasir dizaynlı villasında həyat yoldaşı və qızı Sara ilə birlikdə yaşayır.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Aparıcı və prodüser Tarix Əliyev

Aparıcı və prodüser Tarix Əliyevin (Tolik) bağ evi 10 sot ərazidə yerləşir. O əvvəl bağının 5 sotunu müğənnilər Sevil və Sevincə satdığını, daha sonra isə həyəti genişləndirmək məqsədilə yenidən aldığını deyib.

Prodüserin bağ evində böyük və işıqlı hovuz, fontan da var. Malikanənin həyətində müxtəlif dekorativ ağaclar əkilib.

Tolik evinin dizaynında açıq və qızılı tonlara üstünlük verib. Prodüser işlərinin çoxluğu səbəbindən malikanəsinə çox nadir hallarda gəldiyini bildirir.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Aparıcı Vüsalə Əlizadə

Aparıcı Vüsalə Əlizadə bağ evinin görüntülərini tez-tez sosial şəbəkədə paylaşır. Onun bağ evi Mərdəkanda yerləşir.

Aparıcı ilin bütün fəsillərində həftəsonu istirahətini öz villasında keçirir. O qızı Dilək və anası Lütviyyə Əlizadə ilə özəl günləri və bayramları burada qeyd edir.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Aktrisa Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl villa alaraq onu əsaslı şəkildə təmir etdirib. Aktrisanın yeni mülkünün dəniz sahilində yerləşdiyi ilə bağlı xəbərlər də yayılmışdı. Abıyeva 33 yaşını bu dəbdəbəli villada keçirib. Pərvinin müasir dizaynlı bağ evinin görünüşü ABŞ-li məşhurların mülkünü xatırladır.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Əməkdar artist Elnarə Abdullayeva

Əməkdar artist Elnarə Abdullayeva da bahalı və dəbdəbəli bağ evi olan məşhurlar sırasındadır. Onun 4 milyon manat dəyərində villası olduğunu açıqlanıb. Sənətçi açıqlamalarından birində bu mülkü öz qazandıqları hesabında inşa etdirdiyini bildirib. İfaçı qızı Xədicəni də elə bu villadan gəlin köçürüb.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Müğənni Tuncay Bərdəli

Müğənni Tuncay Bərdəli bahalı mülkü və avtomobilləri ilə gündəmə gələn məşhurlardandır. Sənətçinin bağ evində çəkilən görüntülərdə 3 mərtəbəli, geniş və lüks villası, o cümlədən milyonluq avtomobilləri nümayiş olunub.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Aparıcı Çinarə Əliyeva

Aparıcı Çinarə Əliyeva dəbdəbəli villasını 2023-cü ildə inşa etdirib. Onun kiçik həyəti olan bağ evi Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşir. Çinarə açıqlamalarından birində qeyd edib ki, bağ evi həm onun, həm də həyat yoldaşınındır.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Çinarənin "həri" mərasimi də elə bu villada baş tutub.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Müğənni Hiss (Röya Məmmədova)

Hitləri ilə böyük fanat ordusu toplayan "Hiss" ləqəbli gənc müğənni Röya Məmmədovanın da bağ evi var. O uzun müddət kirayədə qalıb. Bu sənətçinin aldığı ilk mülkdür. İfaçının sözügedən bağ evinə xeyli məbləğ ödədiyi deyilir.

Azərbaycanlı məşhurların bir-birindən lüks və bahalı BAĞ EVLƏRİ

Zöhrə Pənah

Son xəbərlər