SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə diplomat AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.

“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – səfir vurğulayıb.

Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçusu Kilian Mbappe 198-ci yerdə qərarlaşan Cəbəllütariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə ilə fərqlənib.

BAKU.WS