Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə diplomat AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.
“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – səfir vurğulayıb.
Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçusu Kilian Mbappe 198-ci yerdə qərarlaşan Cəbəllütariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə ilə fərqlənib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib - YENİLƏNİB - 8
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib...