SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın 4 cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.

“Report”un məlumatına görə, qitə birinciliyinin ilk günündə mübarizəyə qoşulan 9 nəfərdən 4-ü bürünc mükafata yiyələnib.

Bunlar Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyevadır (52 kq).

Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Qasım Vəlizadə (66 kq) və Qadir Hüseynov (73 kq) isə uğursuz çıxış ediblər.

BAKU.WS