SİZİN REKLAM BURADA!
055 213 76 73


Mövsümün əvvəlində "Sion"dan "Yukatel Adana Demirspor"a qayıdan italiyalı hücumçu Mario Balotelli zədələnib.

BAKU.WS xəbər verir ki, bu barədə klubun prezidenti Murat Sancak açıqlama verib.

Bildirilib ki, o, ölkəsində əməliyyat olunacaq və o 2-3 ay sonra yaşıl meydanlara dönəcək.

Mövsümün əvvəlində heyətə qoşulan Mario Balotelli "Adana Dəmirspor"la 5 oyun keçirib. Sözügedən matçlarda 3 dəfə qol vuran italyan futbolçu 181 dəqiqə meydanda qalıb.

BAKU.WS